9 Dekabr 2014 16:09
797
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi bir gündə baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib.

Baş vermiş qəzalar nəticəsində 6 nəfər ölüb, 10 nəfər yaralanıb. Bundan əlavə dekabrın 8-də ən ağır yol qəzası Yardımlı rayonunun Separadi kəndində qeydə alınıb. Lerik rayon sakini İltifat Şahbazov idarə etdiyi “VAZ-2121” markalı avtomobili aşırıb. Sürücü və sərnişinlərindən - rayon sakinləri Ağa Yaqubov və Sübhan Qubadov hadisə yerində ölüb, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Oxşar hadisə Tovuz rayonunun Düz Cırdaxan kəndində də qeydə alınıb. Ağstafa şəhər sakini Səlim Rəhimov idarə etdiyi “Opel” markalı avtomobili aşırıb. Sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər