8 May 2014 16:38
2 278
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Düzcə vilayətində 81 yaşlı qadına təcavüz iddiası ilə iki nəfər həbs edilib.

Teleqraf.com-un Türkiyə KİV-ə istinadən xəbərinə görə, bunlar 25 yaşlı S.Y. və 33 yaşlı T.K.-dır.

Xəbərə görə, bazar günü T.K zorla Sallar məhəlləsində tənha yaşayan 81 yaşlı qadının evinə girib. O, zor tətbiq edərək yaşlı qadına vəhşicəsinə təcavüz edib. Təcavüzə məruz qalan qadın xəstəxanaya yerləşdirilib.

Polisin həbs etdiyi S.Y. günahsız olması səbəbindən məhkəmə tərəfindən sərbəst buraxılıb. Araşdırmanı davam etdirən polis T.K.-nı həbs edib. Polisə aparılarkən, o, jurnalistlərin sualına cavab verib və əməlindən peşiman olduğunu bildirib. Məhkəmə qərarı ilə T.K. Bolu T Tipli Cəzaevinə aparılıb.

Nihad


Müəllif: