Bakı Ağır Cinayətlər Məhkəməsində həmyerlisini bıçaqlamaqda təqsirli bilinən 1961-ci il təvəllüdlü Ağaməhəmməd Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Ağaməhəmməd Ələkbərov 1970-ci il təvəllüdlü Sədi Həsənovu bıçaqlayıb. Vaxtında tibbi yardım göstərildiyi üçün Sədi Həsənovun həyatını xilas etmək mümkün olub. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Ağaməhəmməd Ələkbərov saxlanılıb.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə Ələkbər Ağaməhəmmədov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov