Bakının Xəzər rayonunda soyğunçuluq cinayəti baş verib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Xəzər rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 1-ci polis bölməsi və Post Patrul Xidməti Bölüyü əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Həsənbala Tahirov tutulub.
O, dekabrın 8-də saat 17:00 radələrində Mərdəkan qəsəbəsində qəsəbə sakini, 1936-cı il təvəllüdlü Fəridə Nəsirovanın içərisində 267 manat və təqaüd kartı olan əl çantasını alıb qaçmaqla soyğunçuluq törətməkdə şübhəli bilinir.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov