Bakının Yasamal rayonunda qadının evindən oğurluq edilib.
Bu barədə Teleqraf.com-a Yasamal rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, hadisə dekabrın 6-da qeydə alınıb. Bakı şəhər sakini Səbirə Qurbanovanın evindən oğurluq edilib. Səbirə Qurbanova evindən oğurluq edilməsi ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə şikayət edib.
O, bildirib ki, oğurluq hadisəsi evdə olmadığı vaxt baş verib. Səbirə Qurbanova şikayətində həmçinin qeyd edib ki, evindən 150 manat və qızıl əşyalar oğurlanıb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisəsini törədən müəyyən edilib. Bu, İmişli rayon sakini Elvin Nəsirlidir. O, həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov