24 Oktyabr 2022 10:10
862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nərimanov rayonunda anasını bıçaqlamaqda ittiham olunan 28 yaşlı Taleh Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, hadisə Nərimanov rayonu Əliyar Əliyev küçəsində qeydə alınıb. 1964-cü il təvəllüdlü Şəfaqət Məmmədova yaşadığı evdə boyun nahiyəsindən bıçaqlanıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib və vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Araşdırmalar zamanı hadisənin qadının oğlu, 28 yaşlı Taleh Məmmədov tərəfindən törədilməsi müəyyən edilib.

İstintaq orqanı tərəfindən Taleh Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər