8 May 2014 17:39
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində vəzifə saxtakarlığı və külli miqdarda mənimsəmə maddələri ilə təqsirləndirilən Şahin Sultanovun apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) sabiq komandanı, vitse-admiral Şahin Sultanovun barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə məhkəmə qərarından verilən apelyasiya şikayəti təmin edilməyib.

Şahin Sultanov 23 aprel 2014-cü ildə həbs edilib. Bakı Hərbi Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib.

Xatırladaq ki, Ş. Sultanov Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-cü (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hacı Zeynalov


Müəllif: