Bakıda narkotik alverində ittiham olunan Rasim Heydərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Rasim Heydərovun əməli sübuta yetririlməyib və onun barəsində bəraət hökmü çıxarılıb. O, məhkəmə zalından azasdlığa buraxılıb.
Rasim Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan olunub.