APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun 15-ci km-də, rayonun Çarxı kəndi ərazisində qeydə alınıb.
1985-ci il təvəllüdlü Çarxı kənd sakini Mustafayev Faiq Fikrət oğlu idarə etdiyi 27 BJ 787 dövlət nömrə nişanlı “Opel” markalı avtomobillə yolu keçmək istəyən piyadanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Ölən şəxsin Xaçmaz rayonu, Qalaqan kənd sakini 1959-cü il təvəllüdlü İbrahimova Salat Əlibala qızı olduğu müəyyənləşib.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.