11 Dekabr 2014 10:36
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda intihar hadisəsi baş verib.

Zaqatala rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Masex kəndində qeydə alınıb.

Məlumata görə, kənd sakini, 1972-ci il təvəllüdlü Nuru Ramazanov yaşadığı evin həyətində olan yarımçıq tikilidə özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkarlayıb. Hadisənin səbəbləri məlum deyil. Əsəb xəstəliyindən əziyyət çəkən Nuru Ramazanovun bir övladı var.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: