11 Dekabr 2014 13:10
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadın eyvandan paltar asarkən yıxılıb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə dekabrın 10-da qeydə alınıb. Xətai rayon sakini Gültəkin Tağıyeva yaşadığı 16 mərtəbəli binanın 4-cü mərtəbəsinin eyvanından paltar asarkən yıxılıb.

Gültəkin Tağıyeva xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər