Meyxanaçı Pərviz Bülbülə həmkarı Rəşad Dağlı haqda sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, İnstaqramda Rəşad Dağlı ilə fotosunu paylaşıb.
"Ağlımın ucundan da keçməzdi ki, səninlə paylaşdığım şəkilin şərhinə “Allah fərəc versin", yazaram, Rəşad Dağlı. Allah qapını açsın, şair…”.
Qeyd edək ki, Rəşad Dağlının qonşusu İsgəndər Mehdiyev adlı şəxsə altı bıçaq zərbəsi vuraraq qətlə yetirib.