11 Dekabr 2014 17:32
654

Bakıda bir neçə gün əvvəl oğurluq etdiyinə görə tutulmuş Gürcüstan vətəndaşı Vaqif Rüstəmovun başqa cinayətləri üzə çıxıb.

Bu barədə Teleaqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Vaqif Rüstəmovun ətrafında Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölmnəsi əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri keçirilib. Əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakinləri F.Əzizovanın, G.Sadıqovun, S.Yusibovun və S.Quliyevanın mənzillərindən pul, noutbuk və qızıl əşyalar oğurlaması, habelə 2013-cü il dekabr ayının 11-də R.Rəhimovun mənzilindən qapıya açar seçmək yolu ilə oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: