Azərbaycanda xarici ölkə vətəndaşına qarşı dələduzluqda ittiham olunan Elgün Nadirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim İlham Mahmudovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Elgün Nadirov İran vətəndaşı Mirzaei Nejad Ojani Ghszalehə qarşı dələduzluq edib.
Elgün Nadirovun barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham elan olunub.