Bakıda hoteldə həyat yoldaşını qətlə yetirməyə cəhddə təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənzadənin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib.
Tərlan Abdullayev 8 il müddətinə azadlıqdan mərhum edilib.
Qeyd edək ki, hadisə bu il iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” hoteldə baş verib.
1992-ci il təvəllüdlü Tərlan Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayıb.
Tərlan Abdullayevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.