16 Noyabr 2022 00:07
838
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tovuz rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Öysüzlü kənd sakini 37 yaşlı Ramilə Rüstəmova həyat yoldaşı tərəfindən başı kəsilərək qətlə yetirilib.

Qətlin baş verdiyi əraziyə Tovuz rayon prokurorluğunun və Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Teleqraf.com-un yerli bürosunun verdiyi məlumata görə, Tovuz Rayon Polis Şöbəsinə rayonun Aşağı Öysüzlü kənd sakini, 1985-ci il təvəllüdlü Rüstəmova Ramilənin bir neçə bıçaq zərbəsi alaraq qətlə yetirilməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları və rayon Prokurorluğunun nümayəndələri hadisə yerinə gələrək müvafiq araşdırmalar aparıb və qətlin mərhumun keçmiş həyat yoldaşı tərəfindən törədilməsi məlum olub.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 1987-ci il təvəllüdlü Xaliq Rüstəmov ə, maddi sübtla birlikdə saxlanılaraq prokurorluğa təqdim edilib


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər