Polis Bakıda 7 yaşlı uşağın bıçaqlanmasını araşdırır.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə ilə bağlı müvafiq polis bölməsi tərəfindən araşdrıma aparılır.
“Daxil olan məlumat üzrə ilkin əməliyyat axtarış tədbirləri həyata keçirilir. Hadisə Qanbay Vəzirov küçəsində dilənçilik və tüfeyli həyat tərzi sürən şəxslərin yaşadığı məhəllədə qeydə alınıb. Bıçaqlanan 2015-ci il təvəllüdlü Miraşnçyonko Artyom Artur oğlu Yevlax rayon sakinidir”, -deyə məlumatda qeyd edilib.