12 Dekabr 2014 15:21
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Ağır Cinayətlər Məhkəməsində ögey oğlunu öldürməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Ağaməmməd Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə bu il iyulun 30-da Buzovna qəsəbəsi Aydın Xəlilov küçəsi döngə 2, ev 7 ünvanında qeydə alınıb. Həmin mənzildə yaşayan 1969-cu il təvəllüdlü Ağaməmməd Hüseynov oğulluğu, 1981-ci il təvəllüdlü Samir Həsənovu bıçaqlayıb. Ağır bədən xəsarətləri almış Samir Həsənov xəstəxanaya aparılarkən yolda keçinib. Hadisəni törətmiş ata saxlanılıb.

Heç bir işlə məşğul olmayan Ağaməmməd Hüseynov daim evə içkili gəlib. O, hadisədən əvvəl həyat yoldaşından içki üçün pul tələb edib. Qadının pul vermədiyini görən Ağamməd daha sonra onu döyüb. Anasının döyülməsinə dözməyən oğul araya girib.

Nəticədə Samir Həsənov ilə Ağamməd Hüseynovun arasında mübahisə yaranıb. Mübahisə zamanı Samir ögey atasından Ramazan bayramı günü evə içkili gəlməsinə iradını bildirib. Onların arasında mübahisə daha da böyüyüb. Mübahisə zamanı içkili kişi bıçağa əl atıb. O, ögey oğluna bir neçə bıçaq zərbəsi vurub. Aldığı zərbələrin təsirindən Samir Həsənov dünyasını dəyişib. İstintaqa ifadə verən Ağamməd Hüseynov törətdiyi əməldən peşman olub. O, hadisəni törədən zaman içkili olduğunu bildirib. Ağamməd Hüseynov əməlindən peşman olduğunu deyib.

Hakim Eynulla Vəliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Ağaməmməd Hüseynov 16 il müddətə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər