12 Dekabr 2014 16:56
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ticarət mərkəzində 22 mindən çox pirotexniki məmulat götürülüb.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Qaradağ rayon Polis İdarəsi əməkdaşları tərəfindən Lökbatan qəsəbəsindəki ticarət mərkəzində Bakı şəhər sakini Etimat Hüseynovdan 22 280 ədəd pirotexniki məmulat götürülüb.

Pirotexniki məmulatlar istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığına mənfi təsir göstərən və tezalışan mal hesab edildiyindən onların mülki dövriyyəsi məhdudlaşdırılıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər