Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyi ilə baş tutan iclasda Alimpaşa Məmmədov ifadə verib.
Teleqraf.com-un xəbərinə görə, Alimpaşa Məmmədov bildirib ki, 1 milyon 7 min manat pulu rüşvət formasında, 7 milyon manat pulu isə mənimsəmə və israfetmə yolu ilə əldə edib.
O, ilk olaraq rüşvət almaqla bağlı ittihama münasibət bildirib. Bu epizod üzrə ittihamda qeyd olunanlarla tamamilə razılaşdığını deyib: "Tamamilə razıyam, heç bir problem yoxdur".
Sabiq icra başçısı mənimsəmə və israfetmə ilə bağlı ittihamı qəbul etsə də, bütün epizodlar üzrə əldə etdiyi vəsaitləri şəxsi mənafeyi üçün istifadə etmədiyini bildirib: "Mən vətəndaşları iş yeri ilə təmin etmişəm, onların dolanması üçün çalışmışam. Bu israfetmə sayılırsa, razıyam. İttihamda cinayət yolu ilə əldə olunduğu göstərilən bütün vəsaitləri rayon idariçəliyi üçün istifadə olunub. Yəni niyyət başqa olub".