1 Dekabr 2022 10:12
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda vətən müharibəsinin iştirakçısını qətlə yetirməkdə ittiham olunan Bəxtiyar Qarayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Eldar İsmayılovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

İttihama görə, bu ilin avqustun 15-də, gecə saat 01 radələrində paytaxtın Nəsimi rayonu, 3-cü Alatava ərazisində 1998-ci il təvəllüdlü Niyaməddin Muradovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla 1999-cu il təvəllüdlü Bəxtiyar Qarayevin aralarında yaranmış mübahisə zamanı əvvəldən tanımadığı Niyaməddin Muradovun döş qəfəsinin sol yarısına bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məlum olub ki, "Kubinka" ərazisində parkda Bəxtiyar Qarayev bir qızın əlindən telefonu alıb və onu döyüb. Bunu görən Niyaməddin Muradov onların mübahisəsinə müdaxilə edib. O, Bəxtiyar Qarayevin qarşısını kəsib və qızı döyməsinə etiraz edib. Niyaddin Muradovun onaların mübahisəsinə müdaxilə etməsi, qızı müdafiə etməsi Bəxtiyarı qəzəbləndirib. Bu səbəbdən Bəxtiyar özündə olan bıçaqla Niyaməddini vurub. Niyaməddin aldığı xəsarətlərdən hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Bəxtiyar Qarayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Xatırladaq ki, Niyammədin Muradov 44 günlük Vətən müharibəsi iştirakçısı olub. O, "Qubadlının azad olunmasına" görə medalı ilə təltif edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər