Bakıda 31 yaşlı oğru qadın tutulub.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsi 36-cı Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1983-cü il təvəllüdlü Günay Məmmədova tutulub.
G.Məmmədova dekabrın 9-da saat axşam saatlarında Vunq Tau küçəsində yerləşən məişət xidməti salonunda Gülbacı Əliyevanın əl çantasından 1500 manat oğurlamaqda şübhəli bilinir.