Bakıda gəlinini və nəvəsini qətlə yetirməkdə təqsirli bilinən 40 yaşlı Şərqiyyə Hüseynova Suraxanı rayon prokurorluğunun müstəntiqi və əməkdaşları tərəfindən hadisə yerinə gətirilib.
Teleqraf.com-un məlumatına görə, təqsirləndirilən şəxs birgə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova və 6 aylıq nəvəsi Emilyanı necə qətlə yetirdiyini ibtidai istintaqa izah edib.
Çəkiliş qrupunun hadisə yeri ilə tanışlıq prosesində iştirakına rayon prokurorluğunun əməkdaşları icazə verməyiblər. Onlar bunu təqsirləndirilən şəxsin özünü narahat hiss etməsi ilə əlaqələndiriblər. Xatırladaq ki, hadisə dekabrın 10-da gecə saatlarında Suraxanı rayonunda, Zeytun bağları adlanan ərazidə qeydə alınıb.
Orada kirayədə qalan 40 yaşlı Şərqiyyə Hüseynova birlikdə yaşadığı gəlini 20 yaşlı Elnarə Nəcəfova ilə mübahisə etdikdən sonra yerdən götürdüyü daş parçası ilə gəlinin başına bir neçə zərbə vurub.
Ağır kəllə beyin travması alan Elnarə Nəcəfova hadisə yerində ölüb. Bundan sonra hadisəni törədən Şərqiyə Hüseynova evə girərək, 6 aylıq nəvəsi Emilyanı boğaraq amansızlıqla qətlə yetirib. /APA/