5 Dekabr 2022 15:25
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda qardaşını bıçaqlamaqda ittiham olunan 1987-ci il təvəllüdlü Kamil Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev in sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Kamil Səfərov 1 il 6 ay müddətinə azadlıqdan mərhum edilib.

İttihama görə, hadisə bu ilin iyunun 6-da saat 23 radələrində paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 1987-ci il təvəllüdlü Kamil Səfərov onunla eyni mənzildə yaşayan qardaşı, 1988-ci il təvəllüdlü Emil Səfərovla mübahisə edib.

Nəticədə Kamil Səfərov kiçik qardaşına bıçaqla xəsarət yetirib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər