Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları həftənin bazar günü reyd keçirib. Bu dəfə reyd şəhərin Heydər Əliyev prospektində baş tutub.
Teleqraf.com-un Kəpəz TV-yə istinadan verdiyi məlumata görə, əsas hədəf sərxoş, sənədsiz, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran sürücüləri aşkarlamaq olub.
Yoxlamalar zamanı yol hərəkət qaydalarını kobud şəkildə pozan eləcədə avtomobilin konstruksiyasına dəyişiklik edən xeyli sayda sürücü aşkarlanıb.
Reydlər zamanı sürücülük vəsiqəsi olmadan sükan arxasında əyləşən sürücülərin gənclər olmasına da rast gəlinib.
Ümumilikdə reyd zamanı 25 avtomobil cərimə meydançasına aparılıb ki, bunlar da sərxoş, sürcülük hüququ olmayan, eləcədə avtomobillərin yan və arxa hissəsində görməni məhdudlaşdıran vastələr quraşdırılan sürücülərdi. Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları reydlər bu ilin sonuna kimi mütamadi olaraq keçirəcək.