Abşeron rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Abşeron rayon Polis Şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Pirəkəşkül qəsəbəsində qeydə alınıb.
Məlumata görə, Bakı şəhər sakini Boris İqitovun idarə etdiyi “Opel” və Şəki rayon sakini Əhməd Əmrahovun idarə etdiyi “Shacman” markalı avtomobillər toqquşub.
Nəticədə Boris İqitov hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov