15 Dekabr 2014 13:07
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda bir neçə nəfərdən silah götürülməsi ilə bağlı əməliyyat tədbirləri keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində ov silahının saxlanılması və daşınması qaydalarını pozduqları üçün saxlanılmış Bakı şəhər sakinləri Kazım Abdulovdan “Ata-Arms” və Ağami İlyasovdan “Cifsan” markalı ov tüfəngləri götürülüb.

Onların barəsində araşdırmalar aparılması üçün Şabran rayon Polis Şöbəsinə təhvil veriliblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 346-cı (mülki silahın və onun üçün döyüş sursatının saxlanılması, daşınması qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib.

Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xaçmaz rayonuun Niyazabad kəndində qanunsuz ov edən Köhnə Xudat kənd sakini Osman Qocayevdən müvafiq sənədləri olmayan “İJ” markalı tüfəng götürülüb.

Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Seymur Əliyevdən müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər