15 Dekabr 2014 14:21
698
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

Xətai rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayon ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1968-ci il təvəllüdlü Samirə Qafarova küçənin ortasında bıçaqlanıb. Hadisə dekabrın 14-də gecə saatlarında törədilib. Bədənini müxtəlif nahiyyələrindən xəsarət alan qadın 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Samirə Qafarovanın kimin və hansı səbəbdən bıçaqlandığı məlum deyil. Hazırda polis əməkdaşları cinayəti törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat tədbirləri görürlər.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaq hərəkətləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər