15 Dekabr 2014 16:19
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda qətl hadisəsi baş verib.

Şamaxı rayon Prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Muğanlı qəsəbəsində qeydə alınıb.

Məlumata görə, taksi kimi fəaliyyət göstərən “Azsamand” markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Ceyhun Qurbanov qətlə yetirilib. Cinayəti törədən şəxslər Ceyhun Qurbanov öldürdükdən sonra meyitini yek yerinə qoyublar və avtomobili dərəyə aşırıblar.

Qeyd edək ki, əslən Füzuli rayonundan olan Ceyhun Qafarov paytaxtın Maştağa qəsəbəsində yaşayırmış. Ehtimal olunur ki, Ceyhun Qafarov Şamaxı rayonuna müştəri aparıb və müştəri ilə arasında yaranan münaqişə zəminində qətl hadisəsi törədilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər