İctimai fəal Bəxtiyar Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması istənilir.
Teleqraf.com xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.
Bəxtiyar Hacıyevin barəsində ev dustaqlığının seçilməsinə dair Xətai rayon Məhkəməsinə müraciət edilib.
Qeyd edək ki, dekabrın 9-da Xətai rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyevin barəsində 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Bəxtiyar Hacıyevin barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi başlanıb.