21 Dekabr 2022 09:20
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdamda qadın öldürülüb, əri barədə cinayət işi açılıb.

Bu barədə Teleqraf.com-a Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Dekabrın 21-i saat 03 radələrində Ağdam rayonunun Təzəkənd qəsəbəsi ərazisində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın öldürülməsi barədə rayon prokurorluğuna ilkin məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin əri 1974-cü il təvəllüdlü Sahib İbadovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı kəsici-deşici alətlə xəsarətlər yetirərək Tünzalə İbadovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağdam rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sahib İbadov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda iş üzrə ibtidai istintaq davam etdirilir.

***

08:44

Dekabrın 21-də saat 3 radələrində Ağdam rayonu Təzəkənd qəsəbəsində 1985-ci il təvəllüdlü Tünzalə İbadovanın kəsici-deşici alətlərlə qəsdən öldürülməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Teleqraf.com-a bildirilib ki, cinayət əməlini qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qadının həyat yoldaşı 1974-cü il təvəllüdlü Sahib İbadov polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırmalar aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər