Braziliyada sərnişin avtobusunun yanacaq daşıyan maşınla toqquşması nəticəsində azı 44 nəfər ölüb.
Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə ölkənin şimal-qərbində yerləşən Piaui ştatında baş verib.
Yerli polis hadisə zamanı yalnız avtobusun sürücüsü və 5 yaşlı qızın sağ qaldığını bildirib. Avtobusun içərisindəki sərnişinlərin dəqiq sayı müəyyənləşdirilir. Qəzanın səbəbi hələlik bəlli deyil.