16 Dekabr 2014 08:53
558

Bu gecə Bakının Yasamal rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Teleqraf.com-un məlumatına görə, qəza rayonun Mikayıl Müşfiq küçəsində qeydə alınıb. Emin Kazımov idarə etdiyi "Daewoo" markalı maşınla hərəkətdə olan zaman qarşısına piyadanın çıxması nəticəsində idarəetməni itirərək yolun əks istiqamətinə keçib. O, Məlik Əliyevə məxsus "KİA" markalı avtomobillə toqquşub. Zərbənin təsiri nəticəsində avtomobil yol kənarından çıxıb.

Qəza törətmiş avtomobilin sürücü və sərnişini ilə yanaşı digər avtomobildəki sərnişin də yüngül bədən xəsarətləri alıb. Hadisə yerinə təcili yardım çağırılıb. Xəsarət alanlara ilkin tibbi yardım göstərilib. Qeyd edək ki, qəza nəticəsində hər iki avtomobil yararsız hala düşüb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.


Müəllif: