Bu hadisə Rusiyanın Volqoqrad şəhərində baş verib. Qəzanın səbəbi Rusiya üçün qeyri-adi bir vəziyyətdir. Belə ki, cipdə gedən xanım qəfildən yanındakı avtomobildə keçmiş nişanlısını və onun yanında bir xanımı görür. Belə demək mümkünsə, gördüklərini namusu götürmür. Qərara gəlir ki, onlara xəsarət yetirsin.
Videodan görünür ki, "Mazda" markalı cip "Dayvu" markalı minik avtomobilini vuraraq yoldan çıxarır və ikinci reklam dirəyinə çırpılır. Nəticədə sürücü və onun xanım sərnişini kəllə-beyin travması ilə xəstəxanaya qaldırılır.
Teleqraf.com-un məlumatına görə, indi onun barəsində yol hərəkəti qaydalarını pozmaqla, başqasının sağlamlığına ağır zərər vurmaq maddəsi ilə cinayət işi açılıb. Onun küllü miqdarda cərimə ödəmək və ya sürücülük hüququndan məhrumetmə cəzası gözləyir. /bizimyol.info/