16 Dekabr 2014 08:59
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda 20 yaşlı gənc qətlə yetirilib.

Teleqraf.com-un məlumatına görə, hadisə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 132 ünvanındakı ərzaq mağazasının qarşısında qeydə alınıb. 5-ci Yasamal 44 ünvanında qeydiyyatda olan Cəfərov Rəşad Yaşar oğlu bıçaqlanıb. 20 yaşlı gənci bıçaqlayan şəxs hadisə yerindən qaçıb.

Əraziyə polis və prokurorluq orqanlarının əməkdaşları cəlb olunub. Yasamal Rayon Polis İdarəsinin əməkdaşları R.Cəfərovun qatilinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlayıblar.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.


Müəllif:

Oxşar xəbərlər