Sabirabadda ər arvadını bıçaqlayıb.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qalağayın kəndində qeydə alınıb.
Kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmova Fərqanə Yaşar qızı bədənin kəsilmiş-deşilmiş yarası ilə Sabirabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin məlumata görə, aralarında yaranmış mübahisə zamanı F.Rüstəmova əri tərəfindən bıçaqlanaraq xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.