16 Dekabr 2014 11:34
1 353
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bütün dünyada rezonans doğuran cinayət işi ilə bağlı məhkəmə başa çatıb. Söhbət azyaşlı uşağa işgəncə verən uqandalı qadın barəsində açılan cinyaət işindən gedir.

Xəbər veridiyimiz kimi, uqandalı dayənin baxdığı usağı döyməsi gizli çəkiliş vasitəsilə sübut ediləndən sonra o, körpəyə işgəncə verdiyini etiraf edib.

Teleqraf.com xəbər verir ki, 22 yaşlı Colli Tumuhirve Uqanda məhkəməsi tərəfindən, 18 aylıq qız uşağına işgəncə verməkdə təqsirli bilinib. Gizli kameraya çəkilmiş və dayənin hərəkətlərini əks etdirən video internetdə yayıldıqdan sonra Uqandada camaat arasında dayəyə qarşı qəzəb və nifrət hissi oyanıb.

Ötən gün hakim Lilian Buçanın sədrliyi ilə keçirilən məhkəmədə isə dayə Colli Tumuhirveyə 4 il həbs cəzası verilib.

Qeyd edək ki, körpənin atası Eric Kamanzi qızının bədənində göyərmələri və onun axsadığını görəndən sonra evində gizli kamera quraşdırıb. Gizli kamera dayənin uşaq yemək yeməkdən imtina edərkən onu döydüyünü, döşəməyə atdığını və ayağı ilə təpiklədiyini qeydə alıb.

Teleqraf.com həmin kadrları təqdim edir:

Rüstəm


Müəllif:

Oxşar xəbərlər