Samux rayonunda baş verən oğurluq cinayətinin üstü açılıb.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, Samux rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərkar kənd sakinləri Emin Məmmədov, Xəyal Əsgərov və Tofiq Məmmədov tutulublar.
Onlar oktyabrın 24-də Firəddin Orucovun evindən 4700 manat və 4500 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinirlər.
Hacı Zeynalov