Bakının Xətai rayonunda soyğunçuluq edən mütəşəkkil dəstənin üzvləri həbs edilib.
Bu barədə Teleqraf.com-a Xətai rayon Polis İdarəsinin 34-cü polis bölməsindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Saatlı rayon sakini Nicat Haqverdiyev, Bakı şəhər sakini Fəqan Əhmədli, Lerik rayon sakini Zabil Məlikov və onun qardaşı Vidadi tutulublar.
Mütəşəkkil dəstə üzvləri dekabrın 13-də Bakı şəhər sakini Vüsal Məsimova qarşı zorakılıq edilib. Zorakılıq edən dəstə üzvləri Vüsal Məsimovun mobil telefonunu alıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanıb. Istintaq hərəkətləri davam etdirilib.
Hacı Zeynalov