16 Dekabr 2014 17:36
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində NİDA vətəndaş hərəkatının üzvlərinin apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə qərar elan edilib. Qərara görə, onların barəsində bəraət hökmünün çıxarılması ilə bağlı apelyasiya şikayətləri təmin edilməyib.

Xatırladaq ki, “Nida”nın 7 üzvü həbs edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində onlar barədə Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma) və 228.1-ci (qanunsuz olaraq silah, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb və “Nida” üzvləri Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə həbs olunublar. İstintaq dövründə onlara qarşı Cinayət Məcəlləsinin 220. 1 (zorakılıqların, talanların, yanğınların törədilməsi, əmlakın məhv edilməsi ilə müşayiət olunan kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə) maddəsi ilə əlavə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Həsənov 7 il 6 ay, Zaur Qurbanlı 8 il, Üzeyir Məmmədli 7 il, Rəşadət Axundov 8 il, İlkin Rüstəmzadə 8 il, Bəxtiyar Quliyev 7 il, Məmməd Əzizov 7 il 6 ay, Şahin Novruzlu 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, indiyə qədər “Nida” Vətəndaş Hərəkatının üzvləri Şahin Novruzlu, Bəxtiyar Quliyev və Elsevər Mürsəliyev prezident İlham Əliyevin imzaladığı sərəncamla əfv edilib.


Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər