Gəncə şəhərində intihar hadisəsi baş verib.
Bu barədə Teleqraf.com-a Gəncə şəhər Prokurorluğundan məlumat verilib.
Məlumata görə, 1967-ci il təvəllüdlü Ülfət Məmmədov yaşadığı evdə özünü asaraq ölüb. Onun intihar etməsinin səbəbləri açıqlanmır.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov