17 Dekabr 2014 10:35
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ucar rayonunda oğurluq edən 25 yaşlı oğlan həbs edilib.

Bu barədə Teleqraf.com-a Ucar rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, oğurluq hadisəsi rayonun mərkəzində Firdovsi küçəsi ev 21 ünvanında qeydə alınıb. 25 yaşlı Mais Hümbətov evindən oğurluq edilməsi ilə bağlı polisə məlumat verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində oğurluq hadisəsinin üstü açılıb.

Məlum olub ki, Mais Hümbətovun evinə oğurluğa gələn olmayıb. O, özü evində olan qızılları oğurlayaraq satıb. Polis əməkdaşları oğurluğu edən 25 yaşlı oğlanı öz evində yaxalayıb.

İstintaq ifadə verən mais Hümbətov törətdiyi əməli etiraf edib. O, bildirib ki, ayrı-ayrı şəxslərə borclu olduğu üçün anasının qızıllarını oğurlayıb. O, törətdiyi əmələ görə, peşman olduğunu bildirib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər