Bakının Nəsimi rayonunda silah aşkarlanması ilə bağlı əməliyyat keçirilib.
Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sinqapur Respublikasından Bakı şəhər sakini, Süleyman Məmmədovun adına alət kimi bəyan olunmuş poçt bağlamadan 1 ədəd soyuq silah olan “beşbarmaq” aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov