17 Dekabr 2014 12:11
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Yasamal rayonunda 20 yaşlı oğlanı qətlə yetirən həbs edilib.

Bu barədə Teleqraf.com-a Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi, Yasamal Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi, 29-cu Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Məhəmmədəli İmaməliyev saxlanılıb.

Məhəmmədəli İmaməliyev dekabrın 15-də Şərifzadə küçəsində axşam saatlarında Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Rəşad Məcidzadəyə bıçaqlayaraq qətlə yetirib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər