17 Dekabr 2014 13:06
1 765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəsimi Rayon Məhkəməsi “İrəli” İctimai Birliyinin keçmiş sədri Rauf Mərdiyevin iddiası əsasında araşdırmaçı jurnalist, "Fraqment.Az" mədəniyyət portalının baş redaktoru Elmin Bədəlovun barəsində qərar qəbul edib.

Qərara əsasən jurnalist rəhbəri olduğu "Elitar.az" saytında R.Mərdiyev barəsində gedən yazılara görə təkzib verməli, üzr istəməli və 500 AZN təzminat ödəməlidir.

Qeyd edək ki, İctimai Birliyin keçmiş sədri "Elitar.az" saytında dərc olunmuş “Rauf Mərdiyevin otel qalmaqalı” başlıqlı yazıda şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər