17 Dekabr 2014 13:13
1 126
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beyləqan rayonunda silahlı insident baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Orta Əlinəzərli kəndinin meşə zolağında qeydə alınıb. Kənd sakini Məhəmmədəli Abdullayev ehtiyatsızlığı nəticəsində ov tüfəngindən açdığı atəşlə özünə xəsarət yetirib.
Beyləqan rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Məhəmmədəli Abdullayevdən müvafiq sənədləri olmayan “İJ-16” markalı ov tüfəngi götürülüb. O, xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər