17 Dekabr 2014 17:57
701
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Apelyasiya Məhkəməsində Müsavat Partiyası başqanının həbsdə olan müşaviri Yadigar Sadıqovun apelyasiya şikayətinə baxılıb.

Teleqraf.com-un xəbərinə görə, Yadigar Sadıqov ötən il iyunun 27-də Lənkəran şəhər sakini, 2-ci qrup Qarabağ əlili Rəşid Kərimovun şikayəti əsasında saxlanılıb. O, xuliqanlıqda təqsirli bilinib. Lənkəran Rayon Məhkəməsinin hökmü ilə Yadigar Sadıqov 6 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Yadigar Sadıqov apelyasiya şikayəti verib.

Yadigar Sadıqovun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb. Məhkəmənin qərarın əsasən Yadigar Sadıqovun cəzasında 2 il çıxılıb və onun barəsində 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılıb.

Yadigar Sadıqov cəzasının çəkilməmiş hissəsindən azad edilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinə ərizə verib. Məhkəmə onun ərizəsini təmin etməyib. Bundan narazı qalan Yadigar Sadıqov apelyasiya şikayəti verib.

Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Yadigar Sadıqovun apelyasiya şikayəti təmin edilməyib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər