İmişli rayonunda silahlı insident olub.
Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hadisə rayonun Məmmədli kəndindəki Şərbət-Qobu gölünün yaxınlığında qeydə alınıb. Ovla məşğul olan Bakı şəhər sakini Akif Məmmədov ov tüfəngi ilə ehtiyatsız davrandığından açdığı atəş kənd sakini Hamlet Allahverdiyevə dəyib və o, hadisə yerində ölüb.
İmişli rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Akif Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı araşdırmalar aparılır.
Hacı Zeynalov