Ağdam rayon sakini Eldəniz Hüseynov avtomobilinin oğurlanması ilə bağlı Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Eldəniz Hüseynov dekabrın 17-də “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.
Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən avtomobil Qobustan rayonu ərazisində Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili idarə edən Kəlbəcər rayon sakini Oqtay Əsədov, sərnişinləri - Şuşa rayon sakini İlqar Xəlilov və Ağdam rayon sakini Şamil Allahverdiyev aidiyyəti üzrə 29-cu polis bölməsinə təhvil veriliblər.
Araşdırmalar zamanı Eldəniz Hüseynovun avtomobili Oqtay Əsədova satması, pulun müəyyən hissəsini ala bilməməsi ilə əlaqədar polisə bu səpgidə məlumat verməsi müəyyən edilib.
Hacı Zeynalov