Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Tərtər rayon sakini, 1988-ci il təvəllüdlü Cəhalət Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Cəhalət Aabdullayev 10 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini Cəhalət Abdullayev tutulub. O, bu ilin aprelin 19-da Bakı Dəmir Yolu Stansiyası deposunun ərazisində “Kür-Nur” qatarından 5 ədəd vaqonun pəncərə haşiyəsini, 5 ədəd kilid üzlüyünü, 1 ədəd su kranını, 32 ədəd qapı və 1 ədəd pəncərə dəstəklərini oğurlayarkən saxlanılıb.
Hacı Zeynalov